Martın yarısından çoxu qeyri-iş günləri olacaq - TƏQVİM

5 Fevral 2024 20:30 Araşdırma 642
Martın yarısından çoxu qeyri-iş günləri olacaq - TƏQVİM

Gələn ay Azərbaycanda Novruz bayramı ilə əlaqədar tətil günlərinin sayı məlum olub.

Novruz bayramında 7 gün ardıcıl iş olmayacaq.

Belə ki, 20, 21, 22, 23, 24, 25 və 26 mart tarixləri qeyri-iş günü sayılır. 23 və 24 mart tarixləri həftənin şənbə və bazar gününə düşdüyü üçün, 25 və 26 mart da istirahət günləri hesab ediləcək.

Bundan əlavə, 8 mart Beynəlxalq Qadınlar Günüdür və həmin gün qeyri-iş günüdür.

Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla mart ayında ümumilikdə 16 gün iş olmayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!