Görəsən, dünyadakı zəlzələlərin Azərbaycana təsiri var? - VİDEO

5 Fevral 2024 16:30 Araşdırma 611
Görəsən, dünyadakı zəlzələlərin Azərbaycana təsiri var? - VİDEO

Azərbaycan, eləcə də qonşu ölkələrdə zəlzələnin olacağı ehtimalı ilə bağlı məlumatlar yayılır.

Bu məlumatlar istər-istəməz insanlarda narahatlığa səbəb olur.

Bəzi ekspertlərin regionda zəlzələlərin olacağı ilə bağlı proqnozları yaranan narahatlğı bir qədər də artırıb.

AMEA-nın Geologiya və Geofizika İnstitunun şöbə müdiri Qulam Babyev atv-yə bildirib ki, Talış, Şəki, Oğuz, Qəbələ Zaqatala zonaları, Naxçıvan, Gəncə və Xəzər dənizi ətrafı seysmik ocaqlarla zəngindir: "2024-cü ildə tektonik və seysmik aktivlik davam edəcək".

Ekspert əlavə edib ki, bu il zəlzələlərlə yanaşı vulkan püskürmələri olacaq, lakin bunlar hamısı dövrlüklə bağlıdır.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?