Alimlərdən daha bir QORXUNC XƏBƏRDARLIQ: Təhlükəli olacaq

30 Yanvar 2024 21:10 Araşdırma 788
Alimlərdən daha bir QORXUNC XƏBƏRDARLIQ: Təhlükəli olacaq

İqlim dəyişikliyi güclü yağış və qar yağması ehtimalını iki dəfə artırıb.

Alimlər bununla bağlı xəbərdarlıq ediblər.

"Dünya qalıq yanacaqları yandırmağı dayandırana qədər, bütün dünyada ekstremal hava şəraiti güclənməyə davam edəcək. Bu proses dünyanı daha qeyri-sabit və təhlükəli hala gətirəcək",-deyə alimlər bildiriblər.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının bir hissəsi olan İngiltərə, Hollandiya, ABŞ, Almaniya və İsveçrənin universitetlərində çalışan 10 tədqiqatçı Ukrayna, Rusiya, Moldova regionlarını araşdırıb.

Tədqiqatçılar həmçinin Rumıniya, Bolqarıstan, Türkiyə, Gürcüstan və Qara dəniz ətrafında da araşdırmalar aparıblar.

Noyabrın 28-də Şərqi Avropaya çatan “Bettina” qasırğası Moldova, Bolqarıstan, Rumıniya və Ukraynaya güclü qar, Krım, Ukraynanın şərqi və Türkiyənin əksər ərazilərinə isə güclü yağışlar gətirib.

Qara dənizdə saatda 120 kilometrə çatan qasırğa müşahidə edilib. Fırtına zamanı ən azı 23 nəfər həlak olub.

Ölənlərin əksəriyyəti Ukraynada olub. 2,5 milyondan çox insanı əhatə edən elektrik enerjisi kəsilib, infrastrukturlar zədələnib və nəqliyyatda fasilələr yaranıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti