Azərbaycan futbolunda 3 nəfərə STOP qoyuldu!

29 Yanvar 2024 20:00 Araşdırma 3 338
Azərbaycan futbolunda 3 nəfərə STOP qoyuldu!

Yanvarın son iki günündə Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

Lakin heç də bütün rəsmilər bu oyunlarda texniki zonada yer ala bilməyəcək.

Əsas problem Rəşad Sadıqovla bağlıdır.

41 yaşlı mütəxəssis “Səbail”lə görüşdə birdən-birə iki köməkçisinin xidmətindən yararlana bilməyəcək. Məşqçilər – Eltun Yaqublu ilə Vüqar Məmməd cəzalı durumdadır.

“Neftçi”də “Sumqayıt”la qarşılaşmanı kənardan izləməyə məhkum olan şəxs isə Vüqar Əliyevdir.

Təcrübəli tərcüməçi ötən mövsüm “Turan Tovuz”la “Neftçi Arena”dakı matçda etdiklərinə görə İntizam Komitəsi tərəfindən 5 oyunluq cəzalanmışdı.

Yanvarın 30-da “Səbail” – “Zirə”, “Sabah” – “Qarabağ”, bir gün sonra “Araz-Naxçıvan” – “Qəbələ”, “Sumqayıt” – “Neftçi” qarşılaşmaları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?