Ölkəmizdə dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir

9 Dekabr 2023 18:50 Araşdırma 955
Ölkəmizdə dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir

Dövlət sirri təşkil edən məlumatların siyahısı genişləndirilir.

Bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan “Dövlət Sirri haqqında” Qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

Qanun layihəsi iqtisadi sahədə dövlət sirrini təşkil edən məlumatların dairəsini dəqiqləşdirir və buraya hərbi məhsulları işləyib hazırlayan və ya istehsal edən müəssisələrlə yanaşı, eyni zamanda bu məhsulların ixracını, satışını həyata keçirən, həmçinin bu işi təşkil edən müəssisələri və onların maliyyə hesabatlarını da əhatələyir.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?