Hansı içki və qidalar qaraciyər xərçənginə səbəb olur?

5 Dekabr 2023 17:30 Araşdırma 602
Hansı içki və qidalar qaraciyər xərçənginə səbəb olur?

Spirtli içkilər və yağlı ət məhsulları qəbul etmək qaraciyər xərçənginin inkişafına səbəb ola bilər.

Bunu onkoloq, tibb elmləri namizədi, Rusiya Tibb Elmləri Akademiyasının Kliniki Onkologiya İnstitutunun baş elmi işçisi Yevgeni Çeremuşkin deyib.

Həkimin sözlərinə görə, spirtli içkilər və pis vərdişlər bir çox xəstəliklərin yaranmasında əsas amillərdəndir. Bundan əlavə, qaraciyər yağlı ətlərin, məsələn, donuz və ya ördək yeməkdən mənfi təsirlənir.

"Etil spirti qaraciyər kütləsinin 80%-ni təşkil edən hepatositlərin ölümünə səbəb ola bilər", deyə Çeremuşkin izah edib.

Bundan əlavə, onkoloq qida məhsullarının tərkibində olan kimyəvi əlavələrin də sağlamlıq üçün təhlükəli olduğunu vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Oktyabr 18:10 Çək və bizə göndər!
27 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
27 Oktyabr 08:20 AFFA seminar təşkil etdi
27 Oktyabr 03:40 Şəkidə “D” aldılar
27 Oktyabr 03:10 Onlar da qazandı!
27 Oktyabr 03:00 Sevgilisi soyundu - FOTOLAR