Siyahıya baxıb utanın! – Görün kimlərin kölgəsində gizlənirik!

23 Noyabr 2023 20:00 Araşdırma 965
Siyahıya baxıb utanın! – Görün kimlərin kölgəsində gizlənirik!

AVRO-2024-ün seçmə mərhələsinə yekun vuruldu.

Təxminən 9 ayı əhatə edən dövrün yekunu olaraq finala vəsiqə qazanan və Avropa çempionatını kənardan izləyəcək komandaların adlarına aydınlıq gəldi.

53 millinin yer aldığı 10 qrupda Azərbaycan yığması ilə yanaşı, qonşu dövlətlərin və keçmiş SSRİ-nin tərkibində yer almış ölkələrin milli komandaları da mübarizə aparırdı.

Başında italyan məşqçi Canni de Byazinin dayandığı Azərbaycan seçməsi 8 oyundan 7 xal toplayaraq 5 komandalı qrupu 4-cü pillədə başa vurdu.

Bizə tanış və tay olan digər millilərin arasında final mərhələsinə birbaşa vəsiqəni son anda əldən verən komandalar var idi. Elə isə nəzər yetirək.

Qazaxıstan 10 6 0 4 16-12 18 4-cü yer

Ukrayna 8 4 2 2 11-8 14 3-cü yer

Belarus 10 3 3 4 9-14 12 4-cü yer

Moldova 8 2 4 2 7-10 10 4-cü yer

Ermənistan 8 2 2 4 9-11 8 4-cü yer

Gürcüstan 8 2 2 4 12-18 8 4-cü yer

Azərbaycan 8 2 1 5 7-17 7 4-cü yer

Litva 8 1 3 4 8-14 6 4-cü yer

Latviya 8 1 0 7 5-19 3 5-ci yer

Estoniya 8 0 1 7 2-22 1 5-ci yer

Göründüyü kimi, bizə tanış olan və yalnız bütün mənalarda yalnız Ukraynadan geri qaldığımız komandaların yer aldığı siyahıda Azərbaycan millisi göstəricilərinə görə 7-cidir.

Qazaxıstan, Ermənistan, Moldova və Belarus milliləri vacib anlarda büdrəməsəydi, indi Avropa çempionatının final mərhələsinin planlarını qururdular.

Maliyyə və infrastruktur baxımından qat-qat üstələdiyimiz Gürcüstan, Ermənistan, Moldova kimi ölkələr bizi qabaqlayırsa, deməli, problemin kökü dərindədir.

Hələ adamı cədvələ baxmağa utandıran top fərqindən danışmırıq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti