"Hüquq-mühafizə orqanları millinin oyunları və nəticələri ilə bağlı təhqiqat aparmalıdır"

22 Noyabr 2023 14:00 Araşdırma 837
"Hüquq-mühafizə orqanları millinin oyunları və nəticələri ilə bağlı təhqiqat aparmalıdır"

«Hüquq-mühafizə orqanları millinin oyunları və nəticələri ilə bağlı təhqiqat apar sa, yaxşı olar».

Bu təklif Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğluna məxsusdur.

O, ATV kanalında yayımlanan «Futbolumuz» verlişində Azərbaycan yığmasının AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi matçların hərtərəfli araşdırmaya ehtiyac olduğunu bildirib.

İ.Vaqifoğlu qeyd edib ki, 7 xal toplayan və qrupda üçüncü yeri tutan komandanın çıxışı birmənalı deyil:

«Məncə, bu oyunların araşdırılmasına böyük ehtiyac var. Xüsusən İsveç və Avstriya ilə səfər qarşılaşmalarının.

Çox istərdim ki, müvafiq dövlət qurumları bu işə diqqət ayırsın. Ortaya müəyyən faktların çıxacağını gözləyirəm.

Qoy araşdırılsın ki, milli və onun ətrafında hansı proseslər gedib, Canni De Byazi kimlərin təsiri altında olub».

Digər Xəbərlər
Xəbər Lenti