Azərbaycan millisi İsveçi darmadağın etməklə dünyaya səs salan nəticəyə imza atdı.
AVRO-2024-ün seçmə mərhələsində baş tutan qarşılaşmada bizimkilər skandinavların daşını daş üstə qoymadı – 3:0.
Kənardan baxan elə bilər ki, Azərbaycan yığması təkqapı oynayıb, rəqibinə nəfəs almaq imkanı verməyib və çoxsaylı qol imkanlarından yalnız 3-nü reallaşdırıb.
Hər halda, bir komandanın rəqibi üzərində əldə etdiyi parlaq qələbədən sonra bu cür düşünürük.
Amma yox.
Statistikada qeydə alınan rəqiblər qonaqların böyük üstünlüyündən xəbər verir.
41 Topa sahibolma 59
27 Hücum 68
8 Qapı istiqamətinə zərbə 19
5 Qurtarış 0
280 Ötürməyə cəhd 504
196 Dəqiq ötürmə 414
3 Korner 9
3 Ofsayd 2
3 Sarı vərəqə 3
1Qırmızı vərəqə 0
Göründüyü kimi, rəqib bizimkiləri bütün komponentlərdə üstələyib. Hərənin öyünəcəyi bir cəhət var, isveçlilər də bununla öyünsünlər.
HƏBİB / SPORTİNFO.AZ

