Qarabağdan Ermənistana köçən ermənilər sosial problemlərlə üzləşiblər.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdan könüllü gedən ermənilərə ölkə vətəndaşlığının verilməsini tezləşdirməyi tapşırıb.
Paşinyan dövlət orqanlarına bütün prosedurlara uyğun olaraq Qarabağdan köçənlərə yardım etməyi tapşırıb. N. Paşinyan həmçinin əlavə edib ki, hökumətin məqsədi Qarabağa qayıtmaq istəməyən ermənilərin ölkədə qalması üçün şərait yaratmaqdır.
Rusiya KİV-nin verdiyi məlumata görə, Qarabağdan Ermənistana gedən ermənilərin əksəriyyəti artıq Rusiyaya üz tutub.
Paşinyanı tənqid edən müxalifət nümayəndələri isə bəyan edirlər ki, Qarabağı tərk edən ermənilər Ermənistanda onları xoş günlərin gözləmədiyini bilirlər.
Erməni təhlilçiləri bəyan edirlər ki, Qarabağdan gedən ermənilərin Ermənistanda qalmaq niyyəti yoxdur. Məsələ ondadır ki, Qarabağda və Ermənistanda yaşayan ermənilər arasında hər zaman konfrantasiya olub.
Paşinyan yerli ermənilərin təmsilçisidir. Onun R.Koçaryan, S.Sarkisyan kimi Qarabağ ermənilərinin təmsilçiləri ilə problemləri var.
Müxalifət də, Paşinyan da öz məqsədləri üçün onlardan istifadə etmək istəyirdi. Paşinyan "Qarabağ klanı"nın güclənməsindən ehtiyat edir.
Odur ki, o, çalışır ki, Qarabağdan gedən ermənilərin tezliklə Ermənistanı tərk etməsinə nail olsun.
Müxalifət bildirir ki, Paşinyan hökuməəti Qarabağdan gələn əhaliyə sünü şəkilkdə sosial problem yaradır və onlar Ermənistanı tərk etməyə vadar olurlar (qaynarinfo).

