Ukraynada ölən, yaralanan və itkin düşən azərbaycanlıların SAYI

11 Noyabr 2023 08:10 Araşdırma 620
Ukraynada ölən, yaralanan və itkin düşən azərbaycanlıların SAYI

Ukraynada genişmiqyaslı müharibə başladığı gündən indiyədək ölən, yaralanan və itkin düşən azərbaycanlıların sayı açıqlanıb.

"Report"un apardığı özəl araşdırma nəticəsində məlum olub ki, bu müddət ərzində 130 azərbaycanlı həlak olub, 100-ə yaxını yaralanıb, 70-a yaxını isə itkin düşüb.

İtkin düşənlərin əksəriyyəti Donetsk vilayətində, xüsusilə Mariupolda yaşayan həmyerlilərimiz arasındadır.

Bu rəqəmlər büromuzun şəxsi araşdırmasının nəticələridir, rəsmi statistika deyil. Bu baxımdan rəqəmlər daha çox da ola bilər.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti