COP29

“I Qarabağ müharibəsində itkin düşmüş 25 nəfərin kimliyi müəyyənləşib”

18 Sentyabr 2023 18:30 Araşdırma 448
“I Qarabağ müharibəsində itkin düşmüş 25 nəfərin kimliyi müəyyənləşib”

“Bu günədək itkin düşmüş 3890 şəxsdən 3407-sinin ailə üzvlərindən 10 815 bioloji nümunə götürülüb”.

Bu sözləri “İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması üçün milli və beynəlxalq səylərin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda hərbi prokuror Xanlar Vəliyev deyib.

X. Vəliyevin sözlərinə görə, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin ailə üzvlərindən bioloji nümunələrin götürülməsi prosesi xeyli sürətləndirilib: “Meyit qalıqlarının məhkəmə molekulyar genetik ekspertiza zamanı Birinci Qarabağ müharibəsində itkin düşmüş 25 nəfərin şəxsiyyəti müəyyənləşib, meyit qalıqlarından 12-si artıq ailə üzvlərinə təhvil verilib. Hazırda digər meyit qalıqlarının kimliyinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə insan meyit qalıqlarının axtarışı prosesinin müəyyən obyektiv çətinlikləri var. Belə ki, Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərin basdırıldıqları kütləvi məzarlıqların əraziləri Ermənistan tərəfinə məlum olduğu halda, bununla bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq, bu günədək Ermənistan həmin ərazilərin koordinatları barədə məlumatları verməkdən qəsdən yayınıb”.

Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"