Namiq “Bursaspor”da BOMBA kimi "partladı", iki dəfə… VİDEO+FOTOREPORTAJ

16 Sentyabr 2021 00:40 Araşdırma 2 686
Namiq “Bursaspor”da BOMBA kimi "partladı", iki dəfə… VİDEO+FOTOREPORTAJ

Türkiyə 1-ci liqasında 5-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Namiq Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Samsunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.

Namiq də bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb. Azərbaycan yığmasının yarımmüdafiəçisi komandasının 84 və 90+6-cı dəqiqələrdə vurduğu qollarda məhsuldar ötürmə ilə diqqət mərkəzinə düşüb.

“Bursaspor” 5 turdan sonra 4 xalla 19 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!