De, kimləri sevirsən, Byazi?

6 Aprel 2021 23:20 Araşdırma 1 020
De, kimləri sevirsən, Byazi?

Azərbaycan millisinin martda keçirdiyi oyunlarda 8 klubun üzvləri meydana çıxıb.

Sportinfo.az xəbər verir ki, bunlardan yeddisi Azərbaycan Premyer Liqasını, biri Ukraynanı təmsil edir.

Baş məşqçi Canni de Byazi ən çox “Qarabağ”ın oyunçularına güvənib.

Son illərin dəyişməz çempionu artıq uzun müddətdir milliyə daha çox futbolçu verməkdə liderdir. Ağdam təmsilçisinin 8 üzvü ümumilikdə 17 oyun keçirib.

İkinci pillənin sahibi təəccüb doğurur. De Byazinin qeyri-adi autsayder sevgisinin nəticəsi olaraq Premyer Liqanın sonuncusu “Sabah”ın 5 üzvü 9 matça çıxıb.

İlk “üçlüy”ü “Sumqayıt” qapayır. “Gənclik şəhəri” təmsilçisinin 5 oyunçusu 8 dəfə şans qazanıb.

Azərbaycan Premyer Liqasının yalnız bir klubu – “Qəbələ” son üç görüşdə de Byazinin etimadını qazanmayıb.

Millidə təmsilçi sayı
“Qarabağ” – 17 oyun (8 futbolçu)
“Sabah” – 9 (5)
“Sumqayıt” – 8 (5)
“Neftçi” – 6 (3)
“Keşlə” – 3 (2)
“Minay” – 3 (1)
“Zirə” – 1 (1)
“Səbail” – 1 (1)

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?