Azərbaycan Dağlıq Qarabağda gələcək müharibələrin nümunəsini göstərdi

4 Mart 2021 09:50 Araşdırma 8 774
Azərbaycan Dağlıq Qarabağda gələcək müharibələrin nümunəsini göstərdi

Brüssel Universitetinin silahlanma üzrə eksperti Maaike Ferbrügen İkinci Qarabağ savaşını gələcək müharibələrin nümunəsi adlandırıb.

Sportinfo.az xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Region online” saytı məlumat yayıb.

Belçikalı mütəxəssis ilk növbədə diqqəti Azərbaycanın geniş istifadə etdiyi dornlara yönəldib.

“Azərbaycan müharibədə dronlar sürüsü taktikasını həyata keçirib. Belə ki, onların bir hissəsi yerdəki obyektlərə hücum edir, digərləri isə müşahidəni həyata keçirirdi.

Bu, hələ onların tam şəkildə tətbiq olunduğu savaş sayılmır. Lakin Azərbaycan bizə gələcəkdəki savaşların necə olacağını göstərdi”,-deyə o qeyd edib.

Maaike Ferbrügeni fikrincə, gələcəkdə süni intellektin işə salınması halında situasiya daha təhlükəli ola bilər.

Xüsusilə yüzlərlə dronun eyni mərkəz tərəfindən havaya qaldırılaraq döyüşə qatılması perspektivi hər kəsi narahat etməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!