SON DƏQİQƏ! Axtarışlar dayandırıldı: Bu qədər meyit tapılıb

20 Yanvar 2021 18:30 Araşdırma 3 642
SON DƏQİQƏ! Axtarışlar dayandırıldı: Bu qədər meyit tapılıb

Ermənistan Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusunun cəsədi aşkar olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Erməni hərbçinin cəsədi Cəbrayıl rayonunda axtarışlar zamanı tapılıb. Hərbçinin şəxsiyyətini təyin etmək üçün məhkəmə tibbi ekspertizaya göndərilib.

Paralel olaraq axtarış işləri Hadrut, Füzuli, Zəngilan və Ermənistanın Sünik istiqamətindəki sərhədyanı bölgələrdə aparılıb.

Hazırda bölgədə qar yağması səbəbindən axtarış işlərinin aparılması mümkün deyil. Bu səbəbdən axtarış işləri dayandırılıb.

Bu günə qədər Qarabağda axtarışlar zamanı 1247 erməni hərbçinin qalıqları aşkar edilib.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır