"Dinamo"nun 3 müdafiəçisi "Qarabağ"la oyuna çıxmayacaq

28 Avqust 2024 16:40 Gündəm 1 299
"Dinamo"nun 3 müdafiəçisi "Qarabağ"la oyuna çıxmayacaq

Çempionlar Liqasının pley-off mərhələsində bu gün "Qarabağ"ın qonağı olacaq "Dinamo" (Xorvatiya) oyuna itkilərlə çıxacaq.

Sportinfo.az Xorvatiyanın "Vecernji" nəşrinə istinadən xəbər verir ki, Zaqreb klubunun üç futbolçusu bugünkü matçı buraxacaq.

Bunlar Stefan Ristovski, Mauro Perkoviç və Dina Periçdir. Hər üç futbolçu müdafiəçidir.

Həmçinin, albaniyalı yarımmüdafiəçi Ariyan Ademinin də "Qarabağ"la görüşə hazır olması sual altındadır.

Bu gün Tofq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Dinamo" oyunu saat 20:45-da başlayacaq.

Bu komandalar arasında Zaqrebdə keçirilən görüşdə "Dinamo" 3:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 İyul 18:10 Çək və bizə göndər!