İsveç KİV-i Musa Qurbanlıdan razı deyil: "Zəif çıxış edir"

6 Noyabr 2023 09:00 Bizimkilər 2 965
İsveç KİV-i Musa Qurbanlıdan razı deyil: "Zəif çıxış edir"

İsveç mətbuatı "Yurqorden"in ölkə çempionatının 29-cu turu çərçivəsində "Sirius"a qarşı keçirilmiş oyunu haqda yazarkən, birincilərin mümkün start heyətini müzakirə edib və Musa Qurbanlının çıxışına da toxunublar.

Sportinfo.az xəbər verir ki, "SvenskaFans.com" portalı azərbaycanlı hücumçunun performansı haqda belə yazıb:

"Yurqorden"in hücumu xəttində məhsuldarlığı zəif Musa Qurbanlı və Noel Milleskoq çıxış edir. Hansı ki, onlar bir-birinə bənzəyir.

Hər ikisi mövsümün sonuna yaxın zəifləyiblər. Start heyətində kimin yer alacağına qərar vermək çətindir.

Amma hələlik məşqçilər korpusu seçimini azərbaycanlı forvarddan yana edir".

"Yurqorden” evdə rəqibinə 2:4 hesabı ilə uduzub.

Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 18:10 Çək və bizə göndər!
16 Aprel 11:20 "Qarabağ" səssiz qaldı