Türkiyənin adlı-sanlı klubu Azərbaycanda çalışan baş məşqçi ilə niyə anlaşmayıb?

19:40 Sabah 64
Türkiyənin adlı-sanlı klubu Azərbaycanda çalışan baş məşqçi ilə niyə anlaşmayıb?

“Sabah“ın baş məşqçisi Valdas Dambrauskas Türkiyədən gələn təklifi geri çevirib.

“Trabzonspor” sentyabrın ikinci yarısında litvalı mütəxəssisə dəvət göndərib.

Qara dənizlilər istefaya göndərilən Fatih Tekkenin yerinə onu gətirməyə cəhd göstərib.

Fəqət, Super Liqa təmsilçisinin rəhbərliyi baltikalı çalışdırıcının meneceriylə danışıqlarda irəliləyişə nail olmayıb. Bu üzdən Trabzon klubu Tomas Raysla anlaşıb.

Almaniyalı “Ludoqorets”dən ayrılaraq Türkiyə klubunun sükanı arxasına keçib. Rays daha əvvəl “Bohum”, “Şalke” və “Samsunspor”da çalışıb.

Dambrauskasa gəlincə, 2025-ci ilin iyununda “Sabah“la 3 illik müqavilə bağlayıb.

O,baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023), Kiprin "Omoniya" (2024) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında çalışıb.

Baş məşqçi kimi bir dəfə Bolqarıstan çempionu (2020/21), iki dəfə Litva çempionu (2014/15, 2015/16), bir dəfə Latviya kubokunun (2018/19), üç dəfə Litva kubokunun (2014/15, 2015/16, 2016/17), bir dəfə Xorvatiya kubokunun (2021/22), iki dəfə Litva Superkubokunun (2015/16, 2016/17), bir dəfə isə Bolqarıstan Superkubokunun (2021/22) qalibi olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti