10 milyon avro təklif etmək niyyətindədir - “Barselona”nın hücumçusu üçün

19 Fevral 2025 00:20 Almaniya 1 826
10 milyon avro təklif etmək niyyətindədir - “Barselona”nın hücumçusu üçün

“Barselona”nın hücumçusu Ansu Fatinin Almaniya çempionatına keçmək variantı var.

Sportinfo.az “Todofichajes”-ə istinadən xəbər verir ki, 22 yaşlı futbolçunun xidmətində Dortmund “Borussiya”sı maraqlıdır.

“Arılar” yay transfer pəncərəsində Ansunun transferini tamamlamaq istəyir. Almaniya klubu ispaniyalı hücumçu üçün 10 milyon avro təklif etmək niyyətindədir.

2020-ci ilin yayından “Barselona”nın sıralarına qoşulan Fatinin kataloniyalılarla müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. O, İspaniya çempionatının cari mövsümündə 4 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi