70 milyon tələb edir - “Çelsi”nin istədiyi qapıçı üçün

23 Dekabr 2024 15:20 Almaniya 1 412
70 milyon tələb edir - “Çelsi”nin istədiyi qapıçı üçün

Dortmund “Borussiya”sının qapıçısı Qreqor Kobel “Çelsi”yə keçə bilər.

Sportinfo.az “Bild”-ə istinadən xəbər verir ki, Dortmund klubunun rəhbərliyi əsas oyunçularından biri ilə ayrılmaq istəmir, ona görə də, onun üçün 70 milyon avro istəyir.

Onun qiymətinin “Çelsi”yə uyğun olub-olmayacağı bəlli deyil.

“Transfermarkt” portalı Kobelin dəyərini 40 milyon avro göstərir.

27 yaşlı qolkiper bu mövsüm Dortmund təmsilçisində bütün yarışlarda 19 oyun keçirib, 27 qol buraxıb. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda