"Qalatasaray" istədi, Bundesliqa klubuna keçdi

5 Aprel 2024 01:40 Almaniya 1 411
"Qalatasaray" istədi, Bundesliqa klubuna keçdi

"Qalatasaray"ın transfer etmək istədiyi Eren Dinkçi Bundesliqada klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, "Verder"in futbolçusu "Frayburq"a keçib.

"Frayburq" türk futbolçunun müqaviləsində yer alan 5 milyon avroluq sərbəstqalma məbləğini ödəyib.

Almaniya U-21 millisinin üzvü mövsüm bitdikdən sonra yeni komandasına qoşulacaq.

Eren Dinkçi bu mövsümü icarə əsasında "Haydenheym"da keçirir. O, komandanın heyətində meydana çıxdığı 27 rəsmi matçda 9 qol və 5 məhsuldar ötürmə ilə yada qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Oktyabr 20:00 Budur, Ukrayna?
13 Oktyabr 18:10 Çək və bizə göndər!
13 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM