"Son dərəcə ağıllıdır, onun kimi insanla çox az rastlaşmışam"

28 Mart 2023 12:00 Almaniya 532
"Son dərəcə ağıllıdır, onun kimi insanla çox az rastlaşmışam"

İtaliya yığmasının sabiq qapıçısı Canluici Buffon “Bayern”in yeni baş məşqçisi Tomas Tuxel haqda danışıb.

Sportinfo.az xəbər verir ki, o, almaniyalı mütəxəssisin dürüst olduğunu bildirib:

“O, son dərəcə ağıllıdır. Onun kimi insanla çox az rastlaşmışam. Tuxel dürüst biridir və ətrafa müsbət enerji yayır. Məşq zamanı hücumla bağlı ideyaları çox qeyri-adi idi”.

Onlar 2018-2019-cu illərdə Fransanın PSJ klubunda birlikdə çalışıblar.

Bundesliqa təmsilçisi Yulian Naqelsmannı istefaya göndərdikdən sonra baş məşqçi postuna Tuxeli təyin edib. Onunla 2,5 illik sözləşmə imzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır