İcazəsiz müsahibə verdi, qalmaqal qopdu - Cərimələnəcək

6 Fevral 12:00 Almaniya 365
İcazəsiz müsahibə verdi, qalmaqal qopdu - Cərimələnəcək

“Bavariya”nın sabiq müdafiəçisi Markus Babbel Manuel Noyerin qalmaqallı müsahibəsini şərh edib.

Sportinfo.az xəbər verir ki, o, müsahibəsində klub rəhbərliyinin Noyerin komandada olmamasından istifadə etdiyini bildirib:

“Məncə, Tapaloviçin işdən qovulma vaxtı uğursuz oldu. Daxili problemlər var idisə, niyə bunu mövsümün sonuna qədər təxirə salıb, ikinci hissəsinə diqqət yetirmədilər? Düşünürəm ki, Noyerin komandada olmamasından istifadə ediblər”.

Manuel Noyerin Münhen klubunun qapıçılar üzrə məşqçisi Toni Tapaloviçin qovulması ilə bağlı verdiyi müsahibə qalmaqala səbəb olub.

Belə ki, o, “Bavariya” rəhbərliyinin Tapaloviçi qovmaq qərarını tənqid etmişdi. Qapıçı müsahibəsini klubla razılaşdırılmadan verdiyi üçün onu ən azı cərimə gözləyir.

Digər Xəbərlər
Xəbər Lenti