Baş məşqçinin müqaviləsini uzatdı - Bundesliqanın lideri

29 Sentyabr 2022 12:20 Almaniya 799
Baş məşqçinin müqaviləsini uzatdı - Bundesliqanın lideri

"Yunion Berlin" baş məşqçi Urs Fişerlə yola davam etmək qərarı verib.

Sportinfo.az xəbər verir ki, Bundesliqa təmsilçisi isveçrəli mütəxəssisin müqaviləsinin müddətini uzadıb.

Berlin klubu 56 yaşlı məşqçi ilə imzalanan müqavilənin müddəti barədə məlumat verməyib.

Urs Fişer 2018-ci ilin yayından "Yunion Berlin"i çalışdırır. Komanda hazırda 7 turdan sonra 17 xal toplayıb və Almaniya çempionatının zirvəsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?