Azərbaycanlı hücumçu "Şalke"nin əsas komandasında?

4 Dekabr 2021 13:40 Almaniya 1 327
Azərbaycanlı hücumçu "Şalke"nin əsas komandasında?

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov Almaniya "Şalke"sinin əsas komandasında debüt edə bilər.

Sportinfo.az xəbər verir ki, səbəb Gelzenkirxen təmsilçisinin bir sıra aparıcı futbolçusunun sıradan çıxmasıdır.

Simon Toredde, Marius Bülter, Florian Flik, Yaroslav Mixaylov, Darko Çurlinov, Mark Jatkovski, Mixael Langer və Salif Sane zədəli olduqları üçün "Sankt-Pauli"yə qarşı II Bundesliqanın XVI tur matçını buraxacaqlar.

Bu üzdən, baş məşqçi Dimitrios Qrammozis U-23-dən Dadaşovu, gənclər komandasında isə Keke Toppu əsas kollektivə cəlb edib.

Bu gün keçiriləcək "Sankt-Pauli" - "Şalke" görüşü Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
27 Sentyabr 20:00 Çək və bizə göndər!
27 Sentyabr 19:50 "Sportinfo TV”də GÜNDƏM
27 Sentyabr 09:50 Bizi qorxutmaq istədi?