"Heç kimə sirr deyil ki..."

19 İyun 2021 14:50 Almaniya 698
"Heç kimə sirr deyil ki..."

Almaniya millisinin baş məşqçisi Yoahim Löv Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Portuqaliya ilə matçdan gözləntilərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, 61 yaşlı mütəxəssis rəqibin güclü hücum xəttinə sahib olduğunu deyib:

"Oyunçularımın hər şeyə qarşı ən yüksək səviyyədə çalışdıqlarını görürəm. Hamı başa düşür ki, daha çox işləməliyik. .

Heç kimə sirr deyil ki, ilk görüşdə qol vurmaq üçün az şans yaratdıq. Amma bunun üzərində çalışmışıq. Bəlkə də müdafiəyə çox fikir verdiyimiz üçün qol şanslarımız az oldu.

Hücumda risk almağa hazır olmalıyıq. Portuqaliya millisinin hücum xəttində Kriştiano Ronaldo deyil, üstün xüsusiyyətlərə sahib 4-5 oyunçu var.

Hər biri təkbaşına oyunun taleyini həll edə bilər. Portuqaliya çevik, texniki cəhətdən güclü bir komandadır. Onu dayandırmaq çox çətindir, çünki topu bu komandadan almaq da çətindir".

Almaniya - Portuqaliya oyunu bu gün Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır