
Azərbaycan Kubokunda mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq “Səbail”in rəqibi bu gün müəyyənləşəcək.
Sportinfo.az xəbər verir ki, buna “Şəfa” – “Şəmkir” oyunundan sonra aydınlıq gələcək.
Bu qarşılaşma ilə ölkə kubokunda I raunda yekun vurulacaq. Qalib komanda növbəti mərhələdə “Səbail”lə öz meydanında üz-üzə gələcək.
“Lerik”, “Şahdağ Qusar”, “Göygöl”, “Cəbrayıl”, “Kür-Araz” və “Baku Sportinq” II təsnifat mərhələsinə vəsiqə qazanıblar.
20 noyabr (bazar ertəsi)
14:30. “Şəfa” – “Şəmkir”
Hakimlər: Rəşad Əhmədov, Namiq Hüseynov, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Binə qəsəbə stadionu