Divizion komandaları AFFA-nı BOYKOTla hədələyir!

21 Aprel 2020 12:30 I Divizion 775
Divizion komandaları AFFA-nı BOYKOTla hədələyir!

I Divizionda çıxış edən bəzi komandalar boykota hazırlaşır.

Söhbət federasiyadan maliyyələşən aşağı dəstə təmsilçilərindən gedir.

Sportinfo.az-ın məlumatına görə, bu, qurumun onların əməkhaqqısını 50 faiz azaltmasıyla əlaqədardır.

AFFA-nın aprel və may aylarının ödəmələrini də aşağı salmağa hazırlaşması I Divizion təmsilçilərində ciddi narazılıqla qarşılanıb. Redaksiyamızla əlaqə saxlayan futbolçular koronavirus böhranı başa çatandan sonra meydana çıxmayacaqlarını bildiriblər.

Onların sözlərinə görə, artıq bununla bağlı məşqçilərlə danışıb və ortaq fikrə gəliblər. Belə ki, bu komandalarda çalışan mütəxəssislər də oyunçularla bərabər etiraz kampaniyasına qoşulacaqlarını vəd ediblər.

Digər Xəbərlər
Xəbər Lenti