Əhmədov Musayevin əmrinə tabe olmadı – Divizionda olay!

12 Mart 2020 18:48 I Divizion 1 915
Əhmədov Musayevin əmrinə tabe olmadı – Divizionda olay!

Bu gün Azərbaycan I Divizionunda 19-cu tura start verilib.

Sportinfo.az xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib. "Turan Tovuz" "Keşlə-2"ni, "Kəpəz" isə "Sabah-2"yə minimal hesabla qalib gəlib - 1:0.

Şəmkir Olimpiya İdman Kompleksinin stadionunda keçirilən qarşılaşmanı 100-dən artıq fanat izləyib. Halbuki Peşəkar Futbol Liqası koronavirus təhlükəsinə görə Premyer Liqa ilə yanaşı, I Divizion oyunlarının da tamaşaçısız təşkilinə dair qərar çıxarıb.

Qurumun prezidenti Ramin Musayevin əmrindən, görünür, AFFA nümayəndəsi Maşallah Əhmədovun xəbəri olmayıb. Yoxsa o, arenaya gələn azarkeşlərin matçı izləməsinə icazə verməzdi.

“Turan Tovuz” – “Keşlə-2” 1:0
Qol:
Səbayıl Bağırov, 90+1
Şəmkir Olimpiya İdman Kompleksinin stadionu

“Kəpəz” – “Sabah-2” 1:0
Qol:
Elcan Rəhimov, 42
Gəncə şəhər stadionu

Digər Xəbərlər
Xəbər Lenti
28 Sentyabr 23:40 Bərdədə qollar - VİDEO
28 Sentyabr 18:10 Çək və bizə göndər!
28 Sentyabr 15:00 Dörd oyun - CANLI YAYIM
28 Sentyabr 13:30 "Sportinfo TV”də GÜNDƏM
28 Sentyabr 10:40 Bizim ən reytinqli adamımız