Nigeriyalı oyunçu ilə bağlı "Kəpəz"dən yekun qərar - QALIR, YOXSA GEDİR?

23 Noyabr 2021 20:00 I Divizion 1 082
Nigeriyalı oyunçu ilə bağlı "Kəpəz"dən yekun qərar - QALIR, YOXSA GEDİR?

Nigeriyalı futbolçu Akinyemi Aleks Viktorun "Kəpəz"də baxışda olmasını xəbər vermişdik.

2 həftədən artıqdı bölgə klubunda məşqlərə qatılan 26 yaşlı Aleks yarımmüdafiəçi Yaşar Vahabzadənin razılığını qazana bilməyib.

Belə ki, afrikalı oyunçu bəyənilməyərək, bu gün düşərgədən geri göndərilib.

Bu barədə məlumatı əməkdaşımızla söhbətdə "Kəpəz"in mətbuat xidmətinin rəhbəri Azad Mustafayev verib.

Xatırladaq ki, yalnız ölkəsində müxtəlif klublarda forma geyinmiş Aleks noyabrın 9-dan Qərb təmsilçisində baxışdaydı.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 Oktyabr 18:10 Çək və bizə göndər!
20 Oktyabr 14:10 "Sportinfo TV”də GÜNDƏM
20 Oktyabr 03:30 Canın komandası uduzdu