"Onunla sağollaşsaq, ən azından bir təşəkkür paylaşımı edərdik"

20 İyun 2021 22:20 I Divizion 876
"Onunla sağollaşsaq, ən azından bir təşəkkür paylaşımı edərdik"

"Nə baş məşqçi, nə də hansısa futbolçu ilə yolları ayırmışıq".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev deyib.

Klub rəsmisi baş məşqçi İlham Yədullayevlə bağlı qərarın verilməsi üçün Müşahidə Şurasının toplanmasının vacibliyini önə çəkib:

"Sadəcə, yeni mövsümə hələ var deyə yekun qərarlar verilməyib. Baş məşqçi ilə müqavilə başa çatıb.

Sağollaşsaq ən azından bir təşəkkür paylaşımı edərdik. Müşahidə Şurası toplaşmalı və qərar verməlidir".

Xatırladaq ki, İlham Yadullayevin çalışdırdığı "Turan Tovuz" komandası son mövsüm Birinci Divizonu 3-cü yerdə başa vurub.

Digər Xəbərlər
Xəbər Lenti