Azərbaycan klubunun prezidenti vəzifəsindən getdi

17 Yanvar 2021 19:00 I Divizion 1 580
Azərbaycan klubunun prezidenti vəzifəsindən getdi

Tahir Mustafayev uzun illər prezidenti olduğu «Qaradağ Lökbatan»dan ayrılıb.

Sportinfo.az-ın məlumatına görə, o, öz istəyi ilə klubun rəhbəri vəzifəsindən gedib.

Vaxtilə peşəkar futbol oynamış Mustafayev «Neftçi» İdman-Sağlamlıq Mərkəzinin (İSM) nəzdində fəaliyyət göstərən qəsəbə təmsilçisindən getsə də, bu sahədən tamamilə uzaqlaşmayıb.

İSM-in sədri Sadıq Sadıqov yaxın qohumuna «Neftçi»də başqa bir iş verib. Gənc kadra «Neftçi»də digər idman növlərinə nəzarət tapşırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Sentyabr 04:40 "Gəncə" “Ordu"ya uduzdu