"Neftçi"dən ayrıldığıma görə peşman olmaram"

5 Dekabr 2019 21:10 Zirə 1 956
"Neftçi"dən ayrıldığıma görə peşman olmaram"

“Zirə”nin yeni transferi Əli Şirinov Sportinfo.az-a açıqlama verib. O, öncə paytaxt klubuna keçidi haqda bunu deyib: “Latviyadan sentyabrın 1-də qayıtmışam. “Zirə”yə gəlməyimin səbəbi də, Azər Məmmədov və Zaur Həşimovun mənə inanması idi. Çalışacam ki, burada özümü doğruldum. Qışdan sonra adım sifariş ərizəsinə düşə bilər”.

Şirinov “Dauqavpils”də karyerasının istədiyi formada alınmaması haqda bu cür danışıb: “Bir-iki səbəb var ki, deyə bilmərəm. Ailə məsələlərinə görə oldu. Başqa komandaya getsəydim, daha yaxşı olardı. Latviyada yaxşı klublar var. Məsələn, “Liepaya”ya getsəydim daha yaxşı alınardı. Ora getmək istəyərdim”.

“Neftçi”dən şansını gözləmədən ayrıldığına görə peşman deyilsənki?” sualını isə 21 yaşlı futbolçu bu cür cavablandırıb: “Futbolda səhv qərarlar verməyim ailə məsələlərinə görədir. İnşallah “Neftçi”dən ayrıldığıma görə peşman olmaram”.

Digər Xəbərlər
Xəbər Lenti