Ayağından problem əskik olmayan hücumçu - Onu 1 ay da gözləmək lazım gələcək

17:40 Zirə 108
Ayağından problem əskik olmayan hücumçu - Onu 1 ay da gözləmək lazım gələcək

«Zirə» Davit Volkovun yolunu ən azı daha 1 il gözləməli olacaq.

Sentyabrın 26-da «İmişli» ilə keçirilən Premyer Liqanın beşinci tur matçında zədələnmiş hücumçu təkrar sıradan çıxıb.

Gürcüstanlı legioner fərdi çalışma əsnasında ayağında yenidən ağrılar hiss edib. Müayinədən keçmək üçün ölkəsinə dönən forvarddan gələn son xəbər «qartallar»ın əhvalını qaçırıb.

Məlum olub ki, Volkov daha 3 həftə həkim nəzarətində qalmalıdır. O, yalnız həmin tarixdən sonra fərdi məşqlərə başlayacaq.

Kollektivə qoşulması üçün dekabrın üçüncü yarısını gözləmək lazım gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti