“Stadiona getməyəcəm, oyunu televizor qarşısında seyr etməyi xoşlayıram”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan – Fransa matçı ilə bağlı danışan “Zirə”nin legioneri Ayron Qomis deyib.
Əslən Seneqaldan olmasına baxmayaraq, Fransa vətəndaşlığını daşıyan 26 yaşlı yarımmüdafiəçi həmyerlilərinin gücünü nəzərə alaraq millimizin məğlub olacağını ehtimal edir.
Buna baxmayaraq, yığmamızda azarkeşlik edəcəyi üç nəfərin adını çəkməyi özünə borc bilib:
“Açqı danışaq, Fransa bu gün çox güclüdür. Və Bakıda qələbə qazanacaq.
Fransaya qarşı oynamaq çox çətindir. Çünki heyətində ulduz futbolçular yer alıb.
Ümid edirəm ki, “Zirə”dəki komanda yoldaşlarım Qismət Alıyev, Aydın Bayramov və Ceyhun Nuriyev Fransaya qarşı uğurlu oynayacaqlar. Hər iki komandaya uğurlar arzulayıram.
Kimə azarkeşlik edəcəm? Qismətə, Aydına və Ceyhuna (gülür)”.
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 21:00-da başlayacaq.
HƏBİB

