Bakıdakı fransız Fransadan xal almaq üçün millimizə yol göstərdi

15 Noyabr 2025 20:40 Zirə 1 281
Bakıdakı fransız Fransadan xal almaq üçün millimizə yol göstərdi

“Fransa ilə Azərbaycanın Parisdəki oyununa baxmışdım. Azərbaycan millisi mübarizlik nümayiş etdirmişdi”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında fransız futbolçu Brahim Konate deyib.

“Zirə”nin şərəfini qoruyan 29 yaşlı yarımmüdafiəçi Fransanın matçın favoriti olduğunu deməklə yanaşı, millimizin sürprizə imza atmaq imkanından danışıb.

Hətta bunun üçün iki vacib amildən söz açıb:

“Fransanın gücü barədə danışmaq artıqdır. Hər şey göz qabağındadır.

Futbolçuların keyfiyyəti baxımından çox yüksəkdədir. Fikrimcə, yığmanız Bakıda daha çox döyüşəcək, rəqibin qarşısını almağa çalışacaq.

Güclü rəqiblə qarşılaşmada istək və motivasiya vacib amillərdir. Futbol sürprizlərlə doludur. Hər cür nəticə qeydə alına bilər.

Oyunun marağını nəzərə alıb qarşılaşmanı stadionda izləmək istəyirəm. Hər iki komandaya uğurlar arzulayıram”.

Noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşün start fiti saat 21:00-da çalınacaq.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
3 Mart 04:40 Azərbaycan qalib oldu