“Mən onu çoxdan tanıyıram, üz-üzə gələndə görüşürük, hal-əhval tuturuq, başqa heç nə”

6 Noyabr 23:40 Zirə 116
“Mən onu çoxdan tanıyıram, üz-üzə gələndə görüşürük, hal-əhval tuturuq, başqa heç nə”

“Mən onu çoxdan tanıyıram”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin müdafiəçisi Ange Mutsinzi deyib.

Oktyabrın 10-da onun formasını geyindiyi Ruanda millisi dünya çempionatına vəsiqə qazanmaq uğrunda matçda Benin ilə üz-üzə gəlib.

Həmin oyunda rəqib komandanın heyətində “Neftçi”dən tanıdığımız yarımmüdafiəçi Sessi D’Almeyda çıxış edirdi.

“Qartallar”ım legioneri həmin oyunu necə xatırlayır? Eşidək:

“Onunla Afrikanın müxtəlif turnirlərində bir neçə dəfə üz-üzə gəlmişik. Bəlkə də 6-7 dəfə.

Düzdür, xüsusi tanışlığımız yoxdur. Üz-üzə gələndə görüşürük, hal-əhval tuturuq, başqa heç nə.

O ki qaldı oyuna, dünya çempionatının final mərhələsində mübarizə aparmaq arzumuz var idi. Seçmə mərhələyə pis başlamamışdıq.

Lakin son 3 görüşdə nəticələr istədiyimiz kimi olmadı. Həqiqətən çox üzüldük”.

Digər Xəbərlər
Xəbər Lenti
6 Noyabr 18:10 Çək və bizə göndər!