“Azərbaycan millisinə cəlb olunacağım xəbərini eşidəndə təəccübləndim”

6 Noyabr 2025 09:00 Zirə 1 362
“Azərbaycan millisinə cəlb olunacağım xəbərini eşidəndə təəccübləndim”

“Zirə”nin braziliyalı legioneri Ruan Renato Azərbaycan millisinə cəlb olunacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı müdafiəçi teleqraf-a açıqlamasında məsələyə münasibət bildirib:

“Bu xəbəri eşidəndə təəccübləndim, çünki mənimlə heç kim əlaqə saxlamayıb. Məni tanıyan hər kəs Azərbaycana olan hörmətimi və sevgimi bilir.

Məni xoş qarşılayan bu ölkədə artıq beş ildir yaşayıram. Burada gözəl bir həyat qurmuşam və Azərbaycana mənə verdiyi hər şeyə görə çox minnətdaram.

Əgər nə vaxtsa Azərbaycan milli komandasında oynamaq imkanım olsa, əmin ola bilərsiniz ki, bunu bu ölkəyə olan bütün sevgi, hörmət və minnətdarlığımla edəcəyəm.

Bu ölkəyə olan hörmətim və minnətdarlığım, Azərbaycan milli komandasında oynayıb-oynamamağımdan asılı olmayaraq dəyişməz qalacaq.

İkinci vətənimə çevrilmiş bu ölkə haqqında yalnız xoş təəssüratlarım var”.

Ruan Renato 2021-2023-cü illərdə “Qəbələ”nin, 2023-dən isə “Zirə”nin şərəfini qoruyur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti