“Bəzən Bakıda ailəm üçün darıxıram” - Afrikalı MÜSAHİB

4 Noyabr 23:00 Zirə 188
“Bəzən Bakıda ailəm üçün darıxıram” - Afrikalı MÜSAHİB

Ruanda millisinin də şərəfini qoruyan “Zirə”nin 27 yaşlı müdafiəçi Ange Mutsinzi Sportinfo.az-a müsahibə verib.

- Çempionat sizin üçün necə keçir?

- Bizim üçün həqiqətən asan deyil. Onsuz da, Premyer Liqada rahat qalib gələ biləcəyin komanda yoxdur. Əksər rəqiblər yaxşı təşkilatlanıb. Sevinirik ki, son iki turda qələbə qazana bildirk. Qol vurduğumuzu və bir neçə qol imkanını boşa verdiyimizi nəzərə alsaq, bəli, bu qalibiyyətlər haqqımız idi.

- Ötən mövsümlə indikini müqayisə edə bilərsən?

- Bu çempionat maraqlıdır və get-gedə daha maraqlı olacaq. Çox sayda keyfiyyətli futbolçuların gəlməsi Premyer Liqadakı sürəti və gərginliyi artırıb. Belə olmasının hər bir futbolçuya zövq verdiyini düşünürəm.

- “Sabah”la oyundan əvvəl millidən yorğun gəlmişdin deyə, Rəşad Sadıqov səni ilk dəqiqələrdən meydana buraxmamışdı. Və sənin yoxluğunda müdafiə xətti inamını itirmişdi. 0:3 uduzduğunuz matçı kənardan izləyə-izləyə “kaş, mən meydanda olardım” şəklində düşünürdün?

- Biz ailəyik. Meydanda kimin olmasından asılı olmayaraq, hər birimiz komandanın uğuru üçün çalışırıq. Mən oynadım, Stefan Aka, Ruan Renato, yaxud Elçin Əlicanov – fərq etmir. Bəzən meydanda kimin olması heç nəyi dəyişmir, sadəcə oyun alınmır. “Sabah”la qarşılaşmada istədiklərimizi edə bilmədik, rəqib isə nə etmək istəyirdisə alındı. Bəlkə də start heyətində oynasaydım, hesab arasındakı fərq daha böyük olacaqdı.

- Təbiətcə olduqca sakit birisən. Azərbaycanda özünü necə hiss edirsən? Vaxtını necə və kimlərlə keçirirsən?

- Bakı möhtəşəm şəhərdir, insanlar dostcanlıdır. Ona görə də mənə burada yaşamaq çox rahatdır. Özümü qonaq kimi hiss etmirəm. Vaxtımı əsasən ticarət mərkəzlərində, yaxud da restoranlarda keçirirəm. Çalışıram burada olduğum hər saatdan həzz alım. Bəzən ailəm üçün darıxıram, çünki məndən uzaqda – Afrikada yaşayırlar. Belə olanda telefonun köməyindən istifadə edib görüntülü danışıram.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
4 Noyabr 16:30 Çək və bizə göndər!
4 Noyabr 03:30 Ağayev görüşə getdi
4 Noyabr 03:00 Sevgilisindən ayrıldı