Rəşad Sadıqov onu Azərbaycan millisinə məsləhət gördü: “Xeyir verə bilər”

02:20 Zirə 164
Rəşad Sadıqov onu Azərbaycan millisinə məsləhət gördü: “Xeyir verə bilər”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov komandanın mərkəz müdafiəçisi Ruan Renatonun mümkün milliləşdirilməsi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, bununla bağlı 31 yaşlı braziliyalı ilə söhbəti olmadığını söyləyib:

“Son illərdə milliləşmə ilə bağlı proseslərdə durğunluq var. Düşünürəm ki, Ruan Renato elə futbolçudur ki, özü ilə razılaşdırılsa, millimizə xeyir verə bilər.

Legionerdən legionerə fərq var. Ruanda azərbaycanlı xüsusiyyətləri, xarakteri, vətənpərvərlik görürsən.

Hansısa mövqeyə ehtiyac varsa, bu tip futbolçuları milliləşdirməyə ehtiyac var. Amma məndən asılı qərar deyil.

Mən "Zirə"nin baş məşqçisi kimi sevinmirəm. Milliyə getməsi mənə sərf etmir. Əvvəl legionerlər milliləşdiriləndə hamı deyirdi ki, yerli pasportla çempionatda oynayacaq.

Amma artıq elə söhbət yoxdur. Milli üçün faydalı ola bilər”.

Digər Xəbərlər
Xəbər Lenti
2 Noyabr 20:00 Çək və bizə göndər!