“Eyforiyadan çıxmalıyıq, pis deyil” - “Sintetika”dan çəkinmir

13:20 Zirə 145
“Eyforiyadan çıxmalıyıq, pis deyil” - “Sintetika”dan çəkinmir

“Əmin olun ki, Premyer Liqada rahat rəqib və ya asan oyun yoxdur, hər gələn matç digərindən daha çətin alınır”.

“Zirə”nin müdafiəçisi Ange Mutsinzi Sportinfo.az-a açıqlamasında “Karvan-Yevlax”la qarşıdakı matçla bağlı fikirlərini səsləndirib.

Ötən həftə doğma meydanda “Sumqayıt”ı məğlub edən (1:0) “qartallar” növbəti 3 xalın arzusundadır. Lakin bu dəfə daha çətin olacaq.

Çünki oyun Şamaxıdakı stadionda – süni örtüklü meydanda keçiriləcək ki, burada istədiyi oyunu göstərib, arzuladığı nəticəni qazanmaq hər komandaya nəsib olmur.

27 yaşlı ruandalı bölgədəki stadionda nəticə qazanmağın çətin olmadığını söyləyib:

“Sumqayıt”la qarşılaşmanın eyforiyasından çıxmalıyıq. Bu oyun geridə qaldı.

İndi isə “Karvan-Yevlax”ı düşünməliyik. Rəqibin turnir cədvəlindəki mövqeyindən asılı olmayaraq, hər görüş bizim üçün finala bərabərdir.

Təbii ki, hər bir futbolçu yaxşı meydanda oynamaq istəyir. Şamaxıdakı sintetik örtük pis deyil.

“Zirə” bir neçə dəfə orada oynayıb və yaxşı nəticələr qazanıb. “Karvan-Yevlax” da həmin meydana öyrəşib.

Məqsədimiz inamlı futbolla 3 xal qazanmaqdır”.

Noyabrın 1-də Şamaxı şəhər stadionunda baş tutacaq görüş saat 14:00-da başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti