“Sabah”ı udmağın yolunu göstərdi: “Məqsədimiz buna imkan verməməkdir”

20:20 Zirə 169
“Sabah”ı udmağın yolunu göstərdi: “Məqsədimiz buna imkan verməməkdir”

“Sabah”a qarşı oynamaq həmişə çətin olub.

Premyer Liqada topla oynamağı yaxşı bacaran ən yaxşı komandalardan biridir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin qapıçısı Tyaqo Silva deyib.

Hazırda turnir cədvəlində qonşu olan komandalardan zirəlilər 7 oyundan sonra 13 xalla 4-cü pillədə qərarlaşıbsa, 1 oyun az keçirən “tələbələr” 11 xalla 5-ci pillədədir.

Bu matçda qələbə “Sabah”a hava-su kimi lazımdır. “Zirə” də heç bir halda ilk “3-lük”də yer alan rəqiblərdən geri düşmək istəmir.

25 yaşlı portuqaliyalı qapıçı Masazır komandasını udmağın yolunu göstərib:

“Əsas məqsədimiz topun rəqibdə qalmasına imkan verməməkdir. Daha çox qaçmalı, daha çox pressinq etməliyik.

Bu cür komandalar topsuz qalanda özünü narahat hiss edir, oyun planı pozulur. İstədiklərimizi meydanda ortaya qoya bilsək, əsas işin vacib hissəsini görmüş olacağıq.

Hər oyuna qələbə üçün çıxdığımız üçün məqsədimiz yenə 3 xal olacaq. Hədəfimiz var və iona doğru inamla addımlamaq istəyirik”.

Oktyabrın 19-da “Bank Respublika Arena”da reallaşacaq duelin start fiti saat 16:00-da çalınacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti