Rəşad Sadıqov çıxış yolu axtarır

19:40 Zirə 257
Rəşad Sadıqov çıxış yolu axtarır

7-ci turda “Neftçi”ylə matçda məğlubiyyətdən son saniyə qolu ilə qurtulan “Zirə” növbəti sınaq qarşısındadır.

Qəsəbə təmsilçisi bu dəfə avrokuboklara iddialı “Sabah”ın qonağı olacaq.

Baş məşqçi Rəşad Sadıqov sözügedən oyundan əvvəl çətin durumla üzləşib.

43 yaşlı mütəxəssis zədəli futbolçuların çoxluğundan əziyyət çəkir.

Abdul Aziz Batibie ilə Vinsent Tillin uzun müddətə sıradan çıxması öncədən məlum idisə, “Neftçi”ylə matçda zədə səbəbindən iştirak edə bilməyən Davit Volkovla İssa Cibrilya “Sabah”a qarşı da oynaya bilməyəcək.

Hələ bu, harasıdır?

Azəbaycan millisindən zədəli qayıdan İsmayıl İbrahimli ilə Ceyhun Nuriyevin bazar günü meydana çıxacağı inandırıcı görünmür.

Ayron Qomis isə sarı vərəqə cəzalısı olduğu üçün qarşılaşmanı kənardan izləməyə məcburdur.

Xüsusən yarımmüdafiənin mərkəzində bu qədər itkinin olması “Zirə”nin baş məşqçisini “baş sındırmağa” məcbur edir.

Oktyabrın 19-da “Bank Respublika Arena”da reallaşacaq duelin start fiti saat 16:00-da çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti