"Zirə"nin indi “500”ü var

11:30 Zirə 112
"Zirə"nin indi “500”ü var

“Zirə” 500-cü qolunu vurub.

Sportinfo.az PFL-ə istinadən xəbər verir ki, klub tarixinin yubiley topu Premyer Liqanın V turunun “Şamaxı” ilə ev matçına təsadüf edib.

Bu görüşdə Bakı klubunun bərabərlik qoluna imza atan Martins Junior “Zirə”nin 500-cü qolun müəllifi olub. Braziliyalı dubl müəllifi olmaqla bu rəqəmi 501-ə çatdırıb.

Qəsəbə təmsilçisi Premyer Liqada 368, ölkə kubokunda 59, birinci divizionda 55, avrokuboklarda 19 qol vurub. Evdə 273, səfərdə 226 dəfə fərqlənən komandamız neytral meydanlarda 2 dəfə sevinib.

2014-cü ildə yaranan klubun ilk qolu həmin il sentyabrın 7-də vurulub. MOİK-lə birinci divizionun oyununda (1:0) Aslan Hüseynov rəqib qapısına yol tapıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Sentyabr 17:40 Hələlik göydə uçurlar…
20 Sentyabr 16:00 O, gecikir, rəhbərlik susur
20 Sentyabr 14:00 Premyer Liqamızın Anandı