Aradan çıxa bilmədi, iki təklif aldığını dedi, xahiş etdi ki…

16:00 Zirə 402
Aradan çıxa bilmədi, iki təklif aldığını dedi, xahiş etdi ki…

Rafael Utziq yenidən «Zirə» rəhbərliyinə müraciət edib.

İntizamsızlıq etdiyi üçün əsas komandadan kənarlaşdırılan hücumçu ona iki təklifiin olduğunu bildirib.

Braziliyalı legioner Asiyadan dəvət aldığını söyləyib və klublar arasında danışıqlara tezliklə start verilməsini istəyib. «Sambaçı»nın arzusu müəyyən bir təzminat qarşılığında keçidinin gerçəkləşməsidir.

Cənubi amerikalı legioner maydan bəri «qartallar»ı çox incidib. «Başqa yerə gedirəm» söhbəti ovaxtdan başlayıb. bu bəhanəylə mövsümün son oyunlarına çıxmayıb.

Daha sonra qəsəbə təmsilçisi ondan FİFA-ya şikayət edib. Məhz bu addım Utziqi geri çəkilmək məcburiyyətində buraxıb.

Gec də olsa, düşərgəyə dönüb. Rəşad Sadıqov haqlı olaraq hücumçuya öz yerini göstərib - intizamsız əcnəbi 4 həftəlik əvəzedici heyətə göndərilib.

Daxili nizam-intizam kodeksinə uyğun davranan baş məşqçi sabiq «Qəbələ»lini böyük miqdarda cərimələyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 Avqust 18:00 Çapan Qarabağ atları