Xatırlamayaq? - Yaxşı start, uğursuz sonluq

19 Sentyabr 23:40 Zirə 763
Xatırlamayaq? - Yaxşı start, uğursuz sonluq

"Zirə" gözlənilənlərin əksinə olaraq "Hayduk" önünə çox inamlı çıxdı.

İlk dəqiqələrdən öndə pressinq edən "qartallar" rəqibin oyununu pozmağı bacarırdı.

Görünən o idi ki, xorvatlar da bu cür startdan özünə bənzəmirdi.

Oyununun axarına uyğun olaraq Brahim Konate hesabı açdı.

Fərqi artırmaq üçün də yaxşı fürsətlər vardı.

Hər şey arzuolunandan yaxşı gedirdi.

Təəssüf ki, uğurlu startın davamı ikinci yarıda gəlmədi.

İlk hissədə Brahimin zədə alaraq meydanı tərk etməsi, ikinci yarıda qonaqların bərabərlik qolu ciddi zərbə oldu.

Amma Rəşad Sadıqovun komandası özünü itirmədi, yenə yaxşı imkanlar yaxalamağı bacardı.

Lakin fərqlənmək heç cür mümkün olmadı.

Çətin ki, belə "Hayduk" bir də ələ düşər.

Səfər meydanında rahat olmaq üçün ilk görüşdə ən azı minimal hesablı qələbə əldə etmək mütləq idi.

Təəssüf ki, təmsilçimiz bunu bacarmadı.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti