“Bəzən elə şeylər görürsən ki, gözlərinə inana bilmirsən”

22 Sentyabr 2023 21:00 Zirə 892
“Bəzən elə şeylər görürsən ki, gözlərinə inana bilmirsən”

“Bəzən elə şeylər görürsən ki, gözlərinə inana bilmirsən”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Zirə”nin qapıçısı Tiaqo Silva deyib.

Mövsümlərarası fasilədə “qartallar”la anlaşan portuqaliyalı kiper Azərbaycan futbolunun səviyyəsi haqda fikirlərini bölüşüb:

“Təcrübəli komandaların, səviyyəli futbolçuların cəmləndiyi maraqlı çempionatdır. Bəzi məqamlar var ki, mən onu deməliyəm.

Məsələn, hesabda öndə olan komandanın futbolçuları hər imkanda yerə yıxılır, vaxt aparır.

Azərbaycanda hakimlər buna göz yumsa da, Avropada güzəşt etmirlər. İnkişafdan danışırıqsa, bu kimi məqamlara, peşəkarlığa xüsusi önəm verməliyik.

23 yaşlı qolkiper qəsəbə təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb. Tiaqo Silva daha əvvəl ölkəsində “Gimaraeş”, “Leyşoeş” və “Trofense”nin şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi