"Zirə"də bir futbolçu var...

2 İyul 2022 23:20 Zirə 933
"Zirə"də bir futbolçu var...

“Zirə”də Filipe Paxtman adında futbolçu var, amma yox kimidir...

Braziliyalı oyunçu 2021-ci ilin 30 yanvar tarixində Bakı təmsilçisinə transfer olunub. Ona böyük ümidlər bəslənirdi. Amma cəmi 21 gün sonra aldığı zədə ilə ümidlərin üzərindən xətt çəkdi. Ən azı mövsümün sonuna kimi.

Zədədən sonra yeni mövsümə təzəcə hazırlaşmaq istəyən 22 yaşlı futbolçu oktyabrda yenidən zədə aldı. Həm də minimum 6-7 aylıq. Bu isə ikinci mövsümü də boşa vermək demək idi.

Nəhayət, 2022-ci ilin apreli futbolçu bərpa dövrünü arxada qoyaraq, məşqlərə başladı. Amma heç bir oyunda meydana çıxmaq qismət olmadı.

Bir sözlə, arxada qalan iki ilə yaxın müddəti adam ancaq zədələrlə keçirib. Cəmi 3 matçda oynamaq fürsəti olan legioner üst-üstə 61 dəqiqə meydanda olub. Bunun isə tək adı var – yeyib-yatmaq.

Düzdü, belə acı tale hər futbolçunun başına gələ bilər. Amma istənilən halda mənzərə çox dəhşətlidir.

Amma bütün bu acı senariyə rəğmən baş məşqçi Rəşad Sadıqov bəlkə də Paxtmanın heç vaxt görmədiyi, görməyəcəyi jesti ona etdi. Bu qədər uğursuz gedişata rəğmən gənc mütəxəssis onunla 3 illik yeni müqavilə bağlanması qərarını verdi. Haqqlı olaraq əksəriyyət bu qərara görə Rəşad Sadıqovu qınadı. Ki, Paxtman arxada qalan müddətdə ancaq yolların ayrılmasını haqq edirdi. Hələ qarşıdakı mövsüm növbəti zədə və uğursuzluq fonunda baş məşqçisinə gələcək tənqidləri demirəm.

Araşdırma aparsaq belə məşqçi+futbolçu münasibətlərinin olduğu az-az nümunələr görə bilərik. Paxtman kimisini bəlkə də heç görmərik.

İndi qalır bunu uğurlu axara salmaq – vurulan qollar, edilən asistlər, göstəriləcək fədəkarlıqlarla. Əks halda Sadıqovun jestindən çox, onun yalnış qərar verməsindən danışılacaq. Həm də uzun müddət, bəlkə də həmişə.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi