“Zirə” ilə oyuna çox yaxşı hazırlaşıb meydanı qələbə ilə tərk etmək istəyirik”.
Bu açıqlamanın sahibi “Turan Tovuz”un yarımmüdafiəçisi Filip Ozobiçdir.
Bu gün Zirədə yerli komanda turnir cədvəlinin liderini qəbul edəcək.
Sözügedən qarşılaşmasının yekun nəticəsinin önəmi böyükdür. Bölgə təmsilçisi qalib gələcəyi halda dövrənin çempionu adını qazanacaq.
Yox, 3 xalı zirəlilər bayram etsə və “Qarabağ” “Neftçi”ylə dueldə qalib gələ bilməsə, geridə qalan 3 ayın çempionu “Zirə” olacaq.
“Turan Tovuz”un ən yaşlı üzvü olan “qoca” iddialı açıqlama ilə komandasının niyyətini ortaya qoyub:
“Qarşımızda duran hədəfə uyğun olaraq hər matçda qalib gəlməliyik. Başa düşürəm, “Zirə” öz meydanında oynayacaq, müəyyən üstünlüyə sahib olacaq.
Lakin hər bir halda məqsədimiz dəyişmir. 3 xalı qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Zirə İdman Kompleksinin meydanında baş tutacaq oyunun start fiti saat 18:44-də çalınacaq.
HƏBİB / SPORTİNFO.AZ

